Gündəm

Türkiyə raket hücumuna məruz qaldı

Suriyanın şimalında fəaliyyət göstərən terrorçular Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb.

ENA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Raketlərin düşdüyü ərazidə araşdırma aparılır. Məlumata görə, raketlər boş əraziyə düşüb.

Bundan əvvəl Türkiyənin Kilis şəhərində yerləşən sərhəd-keçid məntəqəsinə raket hücumu edilib.

Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, zərbə nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb. Hücum PKK/PYD terror təşkilatı tərəfindən Tel Rıfat bölgəsindən həyata keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)