Xalis əməliyyat mənfəətini göstər, deyək necə banksan! - BANKLARIN REYTİNQİ
Banklar bütün xərclərini ödədikdən sonra formalaşan əməliyyat mənfəəti onların necə işləməsini göstərən mühüm göstəricilərdən biridir. Əməliyyat mənfəətindən sonra bankın ehtiyata ayırmaları və ya ehtiyatlardan çıxartdığı vəsaitlər nəticədə təmiz mənfəəti formalaşdırır.
ENA.az bankların əməliyyat mənfəəti renkinqinə əsasən xəbər verir ki, 2022-ci ilin 3 rübü ərzində formalaşan əməliyyat mənfəətinin 77%-i ilk üç bankın əlində cəmləşib. Birinci sırada dayanan Kapital Bank ilə 4 sırada yer alan Xalq bankın əməliyyat mənfəətində 300 milyon manat fərq var.