İlham Əliyevin Paşinyanla növbəti görüşü olacaq
![](https://ena.az/uploads/news/2019-01/_businessinsider_7efa1b54e8ba09410775108a9_o.jpg)
Ermənistanın baş naziri Nikol Paşinyanla prezident İlham Əliyevin qeyri-rəsmi görüşü planlaşdırılır.
“BI” xəbər verir ki, bu barədə Paşinyan “RİA Novosti”nin sorğusuna cavabında bildirib: “Bəli, bu, qeyri-rəsmi görüş olacaq”.
Bundan əvvəl Paşinyan mətbuat konfransında “Azərbaycan prezidenti ilə görüşünüz nə vaxt olacaq” sualına “çox tezliklə” cavabını vermişdi.
Qeyd edək ki, İlham Əliyev hazırda Davos forumunda iştirak edir.