Mərkəzi Nəbatat Bağına giriş BAĞLANIR
![](https://ena.az/uploads/news/2022-11/_ena_fab055010ecf3d9632e6a4260_o.jpg)
Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlanır.
Bakı şəhər Mərkəzi Nəbatat Bağının müdiriyyətindən ENA.az-a verilən məlumata görə, buna səbəb parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləridir.
Bildirilib ki, parka istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaq.