“Ukraynanın tələbləri adekvat deyil” – Lavrov
Ukraynanın tələbləri adekvat deyil.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Zelenskinin G20-dəki çıxışından belə çıxır ki, o, Rusiya ilə danışıqlarla bağlı Qərbin heç bir məsləhətinə qulaq asmır. Rusiya Qərbin Zelenskini intizamda saxlamaqda maraqlı olduğuna dair konkret sübutlar görmək istəyir”, – Rusiya XİN başçısı vurğulayıb.
Lavrov onu da bildirib ki, Ukrayna danışıqlardan nə qədər çox müddət imtina etsə, razılaşmaq bir o qədər çətin olacaq: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir. Danışıqlardan imtina edən tərəf Ukraynadır”.