Gündəm

İstanbulda partlayış törədən qadın tutuldu

İstanbulun İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

ENA.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir saxlanılan şəxsin kimliyini hələlik açıqlamayıb. Soylunun sözlərinə görə, terror aktının Suriyadakı kürd qruplaşmaları tərəfindən törədilməsi ehtimal olunur.

Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində törədilən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)