Gündəm

Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb, 6 nəfər ölüb - VİDEO

Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış olub.

Terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.

ENA.az yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

O, qeyd edib ki, terror aktını qadın törədib.

“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.

Hadisə terror aktı kimi qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)