Sosial iqtisadiyyat

Rayonlarda yeni yataqxanalar tikiləcək

Rayonlarda yataqxanaların inşa edilməsi məsələsi aktualdır.

ENA.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

“Bununla bağlı Baş nazirin müaviq tapşırığı var. Bakıda və Sumqayıtda yeni yataqxanalar tikilib. Hazırda Sumqayıtda iki yeni yataqxana var. Amma bunun miqyası böyüyə bilər. Rayonlarda tikilən yataqxanalara xüsusi diqqəti elə orada qalanlar yetirməlidir ki, yararsız vəziyyətə düşməsin”, - nazir vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)