Vokswagen elektrikli mühərrikə sahib ofis kreslosunu təqdim edib - VİDEO
Volkswagen şirkəti qeyri-adi nəqliyyat vasitəsini təqdim edib. Söhbət, ofis kreslosundan gedir. Lakin bu kreslonun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, elektrikli mühərrik ilə təchiz olunub. Volkswagen mühəndisləri sözügedən kreslonun hazırlanması zamanı avtomobil istehsalı məsələsində bütün təcrübələrindən istifadə ediblər. Kreslo 12 km yol qətt etməyə imkan verən elektrikli mühərrik ilə təchiz olunub. Təchiz olunmuş elektrikli mühərrik hesabına kreslo saatda 20 km sürət yığa bilir.
Bundan əlavə olaraq bu kresloya multimedia sistemi, arxa görüntü kamerası, 360 dərəcə çalışan yaxınlaşma sensorları quraşdırılıb. Həmçinin kresloda 2 ədəd işıq farası, təhlükəsizlik kəməri, sənədlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş baqaj hissəsi, oturacağın isidilməsi sistemi var. Kreslo 5 təkər üzərində hərəkət edir. Təkərlərin özləri isə alüminum materialdan hazırlanmış disklərə sahibdirlər. Məlumata əsasən sözügedən kreslonu artıq Volkswagen mağazalarında test etmək olar. Lakin Volkswagen-in bu cür kreslonu irimiqyaslı satışa çıxarıb-çıxartmayacağı məlum deyil.