Gündəm

Xersonun mərkəzində Ukrayna bayrağı qaldırıldı

Cümə günü, noyabrın 11-də Rusiya tərəfindən işğal olunmuş Xerson şəhərinin mərkəzində Ukrayna bayrağı qaldırılıb.

ENA.az “Unian”a istinadən xəbər verir ki, bayrağın yerli sakinlər tərəfindən qaldırıldığı bildirilir. Bu isə şəhərin tam azad edilməsinin yaxınlaşdığı deməkdir.

Yerli jurnalist Konstantin Rıjenko isə sosial şəbəkədə yazıb ki, Ukrayna bayrağı müqavimət hərəkatının fəalları tərəfindən postamentdə quraşdırılıb.

Ukrayna bayrağı Xerson Vilayət Dövlət Administrasiyasının binası qarşısında dalğalanır.

Xatırladaq ki, Xersonu işğal etmiş Rusiya qoşunları dünəndən geri çəkilməyə başlayıblar...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)