Atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanır
“Atalıq məzuniyyəti ilə bağlı müvafiq qanun layihəsi hazırlanır”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir, “Bu qanun layihəsinin maliyyə təminatını biz qiymətləndirməliyik. Bunun əsasında məsələyə baxıla bilər”, – deyə bildirib.