Fransa Azərbaycana yeni səfir təyin edib
Fransa Azərbaycana yeni səfir təyin edib.
ENA.az Fransa KİV-inə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.
Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.
O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
Qeyd edək ki, A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.