Sosial iqtisadiyyat

Beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

ENA.az Agentliyə istinadən xəbər verir ki, bu il üzrə real ümumdaxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu 4,0% müəyyən edib. Başqa sözlə, "S&P Global Ratings" aprel proqnozu ilə müqayisədə Azərbaycanda iqtisadi artım proqnozunu 1,3% yüksəldib.

Agentlik 2023 və 2024-cü illərdə Azərbaycanda real ÜDM-in artımını 1,5%, 2025-ci ildə isə 1% civarında proqnozlaşdırır.

Qeyd edək ki, "S&P" qarşıdakı üç il üzrə proqnozunu korrektə etməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)