Çində milyarderlərin sayı kəskin azalıb
Çində milyarderlərin sayı son 24 ildə ən aşağı həddə düşüb.
Bu barədə Çinin Hurun təşkilatı məlumat yayıb.
Məlumata görə, ölkədə varidatı 5 milyard yuandan (700 milyon dollar) çox olan 1305 nəfər var. Bu da illik əsasda 11% geriləmə deməkdir. Onların ümumi sərvəti 3.5 trilyard dollardan çoxdur.
Təşkilat milyarderlərin sayının azalmasını koronavirusla bağlı sərt məhdudiyyətlərlə izah edir.