Gündəm

Putin G20-yə getməkdən imtina etdi

Rusiya prezidenti Vladimir Putin gələn həftə İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak etməyəcək.

ENA.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Mənbələr bildirir ki, sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Məlumata görə, bu qərar Vladimir Putini sammit zamanı yarana biləcək yüksək gərginlikdən xilas etməyə görə verilib.

Agentlik vurğulayıb ki, Balidə avropalı liderlərin Rusiya prezidenti ilə görüşdən yayınacağı güman edilir.

Qeyd edək ki, İndoneziyanın Bali adasında G20 sammiti noyabrın 15-16-da baş tutacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)