Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşır
Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mümkün hərbi əməliyyatlara hazırlaşmağa davam edir.
Bunu Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tan Kefeyi deyib.
“Tayvanın məsələsi Çinin daxili işidir və heç bir xarici müdaxiləyə icazə verilmir. Hazırda Birləşmiş Ştatlar davamlı olaraq vahid Çin prinsipini məhv edir”, – o bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu hərəkətlər Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur, Tayvan boğazında sülh və sabitliyi təhdid edir:
“Çin Xalq Azadlıq Ordusu təlim keçməyə və müharibəyə hazırlaşmağa davam edir”.