Putin əmr verdi - Xerson boşadılır
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Xerson sakinlərinin şəhərdən təxliyə edilməsini əmrini verib.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xersonlular əks-hücum və digər tədbirlərdən əziyyət çəkməməlidir.
"İndi Xersonda yaşayanlar ən təhlükəli hərbi əməliyyatlar zonasından çıxarılmalıdır", - Rusiya lideri bildirib.
Qeyd edək ki, son həftələrdə Ukrayna ordusu Xerson istiqamətlərdə əks hücuma keçib. Artıq oktyabrın 24-də Ukrayna Müdafiə Nazirliyi Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat yayıb.