Prezidentdən 12 milyonluq SƏRƏNCAM
![](https://ena.az/uploads/news/2022-11/_ena_25102ab183407eda410147486_o.jpg)
Prezident İlham Əliyev Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,0 (on iki) milyon manat ayrılıb.