Gündəm

Elnur Əliyev işdən çıxarıldı

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət nazirinin birinci müavinini işdən çıxarıb. 

ENA.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Elnur Əli oğlu Əliyev Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. 

Qeyd edək ki, 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi haqda məlumat yayılıb. Əməliyyat nəticəsində Elnur Əliyevin də istintaqa cəlb edildiyi bildirilib. 

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)