Mikayıl Cabbarov: Əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri 6% artıb.
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, ölkədə əhalinin iqtisadi artımının yüksələdilməsi üçün işlər görülür və buna şərait yaradılır.