DTX-nin saxladığı deyilən Elnur Əliyev işdədir - RƏSMİ
Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.
Bu barədə ENA.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Nuridə Allahyarova bildirib.
"Elnur Əliyev nazirin birinci müavinidir. Onun işə çıxmaması üçün hər hansı səbəb yoxdur", - N.Allahyarova bildirib.
Qeyd edək ki, bu barədə ilk məlumatı Oxu.Az yayıb.
Xatırladaq ki, yerli mətbuatda yayılan məlumatlarda E.Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb edildiyi bildirilirdi.