“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası”nın sədri dəyişib
“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin İdarə Heyətinin (İH) sədri Rahid Ələkbərli vəzifəsini tərk edib.
O, bununla bağlı İH-nin toplantısında təklif irəli sürüb.
İH üzvləri arasında aparılmış müzakirələrdən sonra sədr vəzifəsinin “Cyberpoint” şirkətinin direktor müavini Elvin Balacanova həvalə olunması qərara alınıb. O, AKTA-nın gələcək fəaliyyət planının formalaşdırılması, görüləcək işlər barədə ilkin təkliflərini İH-nin diqqətinə çatdırıb.