Hadisə

Vəzifəli şəxslər Füzulidə qəzaya düşdü

Füzuli rayonunda “Azərişıq” ASC-nin rəhbər şəxsləri qəzaya düşüb. 

ENA.az-ın “Unikal”a istinadən məlumatına görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəqliyyat vasitəsində olan şəxslər “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Əldə etdiyimiz məlumata görə, hadisə oktyabrın 31-də baş verib. “Toyota Camry” və “VAZ 21015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb. 

“Azərişıq” ASC-dən “Qafqazinfo”ya faktı təsdiqləyiblər: ““Azərişıq” ASC-nin rəhbər heyəti tez-tez işğaldan azad edilmiş ərazilərə görülən işlərlə yerində tanış olmaq məqsədilə səfər edir. Bu qəza da Füzuli rayonuna səfər zamanı baş verib. Yolda digər avtomobilin ehtiyatsızlığı səbəbindən qəza baş verib və “Azərişıq” sədrinin və idarə rəisinin olduğu avtomobil yoldan çıxıb. Hazırda həmin şəxslər evdədirlər və vəziyyətləri normaldır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)