Bu gündən ev telefonlarının abunə HAQQI ARTIRILDI
Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılıb.
ENA.az xəbər verir ki, bu barədə Tarif Şurasının 26 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunub.
Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilib.
Qərar bu gündən qüvvəyə minib.