Bank

Azərbaycan Mərkəzi Bankı bazardan dollar alıb

Uçot dərəcəsinin qaldırılmasını şərtləndirən amillər sırasında cari əməliyyatlar balansı 3,1 dəfə artıb. Qolabl enerji daşıyıcılarının qiymətinin yüksək qalması tədiyyə balansının profisiti təmin edəcək. Bu isə ölkəmizin valyuta ehtiyatlarının artması deməkdir.

Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ölkənin ümumi ehtiyatları 55 milyard dollar təşkil edir. "9 ayın yekunları üzrə əməliyyatlarımızı alış yönümlü aparmışıq 967 milyon dollar alış edib. 820 milyon dollar Dövlət Neft Fondunun vəsaitlərinə qənaət edilib".  

valyuta bazarındakı vəziyyətdən asılı olaraq, Mərkəzi Bank alışla bağlı əməliyyatlarını davam etdirəcək. 

Faiz dəhlizinin aşağı dəhlizinin qalxması ilə ümumilikdə faiz dəhlizinin daralması həyata keçirilib. Bununla da Mərkəzi Bank artıq pul siyasətinin şərtləşdirilməsi tendensiyasına keçid edib.  

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)