Gündəm

Nazir müavini: "Sahibkar indiki gediş haqqından qazana bilmir"

Sərnişinlərə xidmətin təkmilləşdirilməsi məsələləri ətraflı şəkildə təhlil olunur.

ENA.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, Dayanıqlı maliyyə modellərinin qurulmasını mütləq təmin etməliyik.

"Kənd yerləri və rayon mərkəzləri ilə əlaqənin qurulması bununla bağlıdır".

"Heç bir sahibkar bugünkü şərtlər altında yeni nəqliyyat vasitəsi əldə etmir. Həmin xəttlə, həmin nəqliyyat vasitəsini istifadə edib, hazırkı gediş haqqı ilə gəlir əldə etmək imkanı yoxdur. Bunu çox böyük təəssüf hissi ilə qeyd edirik", - deyə nazir müavini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)