İmran Xan azadlığa buraxıldı
Pakistanın keçmiş Baş naziri və müxalif “Ədalət naminə hərəkat” partiyasının qurucusu İmran Xan azadlığa buraxılıb.
“Dawn” qəzetii xəbər verir ki, o, girov müqabilində sərbəst buraxılıb.
Məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.