Sosial iqtisadiyyat

Azersun rəsmisi Vergi Xidmətinə müraciət etdi: "Bizim başımıza gəldi, başqasının da başına gəlməsin"

"Azersun" şirkətinin Baş Direktoru Savaş Uzan Dövlət Vergi Xidmətində iş adamları və assosiasiya  rəhbərləri ilə görüşdə vergi ilə bağlı bir neçə təklif irəli sürüb. 

Onun sözlərinə görə, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Azersun müvafiq tapşırıqlar əsasında əlavə məhsul stoklayıb. 2022-ci ildə anbarda baş verən yanğın nəticəsində şirkətə böyük məbləğdə ziyan dəyib. Belə ki, yanan məhsulların bir hissəsi sığortalı olduğu üçün ödəniş alınıb.

Ancaq  tapşırıq əsasında əlavə  alınan və yanan məhsulların ziyanı ilə yanaşı, şirkət onun  vergisini də ödənək məcbiriyyətində qalıb. Bunun düzgün yanaşma olmadığını alınmasını düzgün olmadığını vurğulayan Savaş Uzan: "Bu sahədə məsələnin tənzimləməsinə ehtiyac var, bizim başımıza gəldi başqasının da başına gəlməsini istəmirik", - deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)