VTB bankın prezidenti dollar və avrodan imtinada əsas tərəfdaş kimi hansı ölkələri görür?
Neft sənayesi VTB Bankın kredit portfelində xüsusi yer tutur. VTB bankın prezidenti Andrey Kostin bildirib ki, qlobal ticarətdə təbii qaz üzrə Rusiya 24 faiz paya malik idi. Bundan başqa, gübrə, əlvan metallar və s. ixracda Rusiya liderlərdən biridir.
XV Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı Kostin bildirib ki, Rusiyaya qarşı snaksiyalar məqsədinə çatmır və bu snksiyaların bumeranq effekti Avropanın iqtisadiyyatına zərbə vurub.
"Özlərinə qarşı maç davam edir", - deyə İ.Kostin vurğulayıb.
Rusiyanın milli ödəniş kartları buraxdığını və xüsusi ödəniş kanalları yaratdığını qeyd edib.
"Bütün iqtisadi problemləri həll etməyə çalışırıq.
Diversifikasiya, maliyyə mexanizminin qurulması üzrə layihələrin icrası davam edir".
Cənab Kostin əlavə edib ki, ticarətin yuanda və s valyutalarda həyata keçirilməsi mümkündür. O, Rusiyanın avrobondlarını yuanda yerləşdirdiyini xatırladıb. Dollar və avrodan imtina üzrə qlobal tərəfdaş kimi ölkəsinin Çin, Türkiyə, Hindistanı gördüyünü vurğulayıb.