Bank

Azərbaycandakı özəl türk bankının aktivləri azaldı - TƏHLİL

Bankların əksəriyyətində hüquqi şəxslərin hesablarının azalmasının şahidi oluruq. Bunlardan biri də “Yapı Kredi Bank Azerbaijan” QSC-dir.

ENA.az olaraq hesabat üzrə təhlillimizi oxucularımıza təqdim edirik. 

 

Aktivləri niyə azaldı?

2022-ci ilin yanvar-sentyabr aylarında əsas göstəricilərdən biri - aktivləri 3,9% azalaraq 379 milyon 565 min manata düşüb. Azalmada nağd vəsaitlərin və digər banklardakı depozitlərin  geri çəkilməsi xüsusi yer tutur. Aktivlərin 57,6%-ini təşkil edən kredit portfeli isə 25,2% artmaqla 218 milyon 948 min manat təşkil edib. Bank 42 milyon 911 min manat həcmində istehlak kreditləri (artım 6,9%), 155 milyon 467 milyon manat həcmində (artım 32,6%) biznes kreditləri verib. Nağd vəsaitləri ötən 9 ayda 52 milyon manat azalaraq 152 milyon manata düşüb. Vəsaitlərin bir hissəsi, 7 milyon manatı ticarət və qiymətli kağızlara yatırılıb.

 

Hüquqi şəxslərin depozitləri azalıb

Bankın öhdəlikləri 5,1% azalaraq 296 milyon 774 min manat olub. Azalmada depozit portfelinin müstəsna payı var və ümumi həcmi 266 milyon 849 min manatdır. Əhalinin əmanətləri 9,6% artıb və 75 milyon 69 min manat təşkil etsə də, hüquqi şəxslərin əmanətləri 11,5% kiçilərək 191 milyon 78 min manat olub.

“Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 82 milyon 790,71 min manat, nizamnamə kapitalı 55 milyon 380,7 min manat təşkil edir. Kapitalın 0,9%-lik artımında əldə olunan mənfəətin rolu vardır. Beləliklə, hazırda bankın yığılmış mənfəəti 24 milyon 602.71 min manat təşkil edir.  

 

Mənfəət açıqladı

Bank 2022-ci ilin 9 ayını 391,51 min manat məbləğində xalis mənfəətlə başa vurub. 2021-ci ilin yanvar-sentyabr aylarında isə 746,29 min manat zərər var idi. Faiz gəlirləri 18 milyon 533.21 min manat (17,152.67 min manatı kreditlərdən qazanılıb), qeyri-faiz gəlirləri 13 milyon 393.04 min manatdır. Faiz xərcləri 1 milyon 514.02 min manat, qeyri-faiz xərcləri 22 milyon 781.14 min manatdır. Bank ehtiyatlara 6 milyon 755.30 min manat ayırıb və 484.27 min manat mənfəət vergisi ödəyib.

“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bank Türkiyənin məşhur Koç Holdinqinə məxsus olan Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.

ENA.az 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)