Əliyev, Putin və Paşinyan bu tarixdə görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü oktyabrın 31-də Soçi şəhərində keçiriləcək.
ENA.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini Moskvaya dəvət edib. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında bildirib ki, prezidentlərin iştirakı ilə üçtərəfli və ikitərəfli görüşlərin keçirilməsi, aktual mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın üçtərəfli görüşə hazırlaşdığını vurğulayıb.