Gündəm

Qazaxıstanda 13 ildən sonra ilk dəfə Respublika Günü qeyd edilib

Qazaxıstanda 13 ildən sonra Respublika Günü qeyd edilməyə başlanılıb.

Sözügedən bayramın bərpası haqda qərarı ölkə Prezidenti Kasım-Jomart Tokayev qəbul edib.

Artıq Akorda qarşısında Dövlət Bayrağının ucaldılması mərasimi baş tutub. Dövlət başçısı mərasimdə iştirak edib.

Mərasim zamanı Fəxri qarovul rəisi Prezidentə raport verib.

Daha sonra Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib.

Bu tədbirlə cari ildən milli bayram statusu alan Respublika Gününün yenidən qeyd edilməsinə başlanılıb.

Dövlət Bayrağının ucaldılması mərasimi, həmçinin ölkənin bütün regionlarında keçiriləcək.

Qeyd edək ki, bu əlamətdar gün 2009-cu ildən qeyd olunmurdu və iş günü idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)