ENA+

Çin özünün Silikon Vadisini yaradacaq

Silikon Vadisinin Çin analoqunun inkişaf planı gələn ayın sonunda təqdim ediləcək. Layihənin hazırlanması artıq sona çatıb. Məlumata əsasən sözügedən layihənin hazırlanması üçün 3 ildən çox vaxt sərf edilib. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə körfəzin böyük rayonu özündə Honkonqu, Makaonu və Quançjou ilə Şençjen də daxil olmaqla Quandun əyalətinin 9 şəhərini birləşdirəcək. Birləşdiriləcək ərazinin ümumi sahəsi 56.6 min kvadrat kilometrdən böyük olacaq və orda 67.6 milyon insan yaşayacaq. Hökumət üstünlüyü Çinin cənub hissəsinə heç də əbəs yerə verməyib. Belə ki, təkcə 2016-cı ildə ölkənin ümumi daxili məhsulunun 12.5%-i məhz bu regionun payına düşmüşdü.

    Güman edilir ki, Honkonq sözügedən regionun maliyyə, ticarət mərkəzi və həmçinin əsas nəqliyyat şəbəkəsi olacaq. Çox zaman Asiyanın Las Veqası kimi adlandırılan Makao isə turistlərin cəlb olunacağı yer və portuqal dilli ölkələr ilə ticarət platforması kimi çıxış edcək. Dünyanın bütün nöqtələrindən olan startapların yerləşdikləri və öz məhsullarını istehsal etdikləri sənaye mərkəzi olan Şençjen şəhəri innovasiyaların öz diqqətini innovasiyaların yaradılmasına ayıracaq. Məlumata əsasən bu layihə əslində çoxdan təqdim edilməli idi. Lakin onun yaradıcıları bir sıra problemlər ilə qarşılaşmalı oldular.

    Məsələn Honkonq ilə Makao Çinin xüsusi administrativ rayonlarına aiddirlər və onlar xüsusi gömrük, vergi və iqtisadi qaydalara sahibdirlər. Əgər bütün problemlər həll olunsa və qanunvericilik yeganə hala gətirilsə, Çinin Silikon Vadisi versiyası artıq 2035-ci ilə kimi yaradıla bilər. Bir sıra analitiklərin fikrincə Çin bu layihəni çox çətinliklə reallaşdıra biləcək. “Çin şəhərləri birləşmək əvəzinə çox zaman öz aralarında rəqabət aparırlar. Bu isə bu cür layihənin reallaşmasında çətinliklər yaradır” – deyə analitiklərdən biri qeyd edib.

    Çində Silikon Vadisinin analoqunun yaradılması yalnız formal bir şeydir. Belə ki, ölkədə ABŞ şirkətləri ilə rəqabət apara biləcək artıq böyük texnoloji şirkətlər mövcuddur. Mütəxəssislərin fikrincə müəyyən vaxtdan sonra bu rəqabət daha da kəskinləşəcək. Çin texnologiyalarının real inkişaf səviyyəsi gizlin şəkildə qalır. Biznesə baxış tərzinin fərqlənməsi isə öz növbəsində Qərb mütəxəssislərinin Asiya bazarının İT sahəsinin qiymətləndirməsində çətinliklər yaradır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)