Akar: "Hər zaman dediyim kimi, Azərbaycan tək deyil"
“Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etmək üçün mübarizəsini tamamlayıb”.
ENA.az xəbər verir ki, bunu Cəbrayılda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
“Müharibə bitdikdən, təhlükəsizlik tam təmin edildikdən sonra iqtisadi müharibə başlayır. Bunlarla əlaqədar heyvandarlıq, əkinçiliyin inkişaf etdirilməsi, yol, körpü tikintisinin sürətlə aparıldığını görürük. Hər zaman dediyim kimi, Azərbaycan tək deyil. Biz iki dövlət, tək millətik. Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola, tək ürək, tək bilək olaraq çalışmalarını davam etdirir. Bundan sonra gələcək həm təhlükəsizlik, həm də rifah baxımından daha yaxşı olacaq”, - Hulusi Akar qeyd edib.