Pakistan Milli Bankının Bakı Filialı kreditorlara müraciət etdi
Pakistan Milli Bankının Azərbaycan RespublikasıBakı Şəhərində Filialının ləğv edilməsi ilə bağlı kreditorlara BİLDİRİŞ
Pakistan Milli Bankının Baş ofisinin Karaçi şəhərində yerləşən səlahiyyətli orqanı tərəfindən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialının könüllü ləğv edilməsi barədə müraciəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilmişdir.
Pakistan Milli Bankının Bakı Filialının kreditorlarından xahiş edilir ki, 60 (altmış) təqvim günü müddətində tələblərinin qeydə alınması üçün Filialın yerləşdiyi AZ1025, Bakı şəhəri, 8 Noyabr prospekti, 9A ünvanına iş günləri saat 10:00-dan 17:00-a kimi müraciət etsinlər.