“Tesla” üçüncü rübdə rekord mənfəət əldə edib
Elektrikli avtomobil istehsalçısı olan “Tesla” bu həftə maliyyə hesabatını açıqlayıb. Hesabatdan göründüyü kimi, şirkətin gəliri illik müqayisədə 56% artaraq 21.5 milyard dollara çatıb. Eyni zamanda, əməliyyat mənfəəti də 17.2%-ə çatıb ki, bu da çətin biznes mühitində mühüm nailiyyətdir.
ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Tesla”nnın rüblük hesabatında bildirildiyi kimi, gəlirlər elektrik avtomobillərin tədarük həcminin və orta satış qiymətinin artması hesabına yüksəlib. Şirkətin Texas və Berlindəki müəssisələrdə elektrik avtomobillərin istehsalını artırmaq üçün xərcləri artıb.
“Bloomberg”in hesablamalarına görə, “Tesla”nın səhmləri bu xəbərlər fonunda 4% ucuzlaşaraq 215.29 dollara düşüb.