Gündəm

Bayden: "Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir"

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin çətin vəziyyətdə olduğunu deyib.

ENA.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran zaman danışıb.

“Mən hesab edirəm ki, Vladimir Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir və mənim fikrimcə, onun üçün yeganə vasitə Ukraynanın ayrı-ayrı vətəndaşlarını qorxutmaq və onları təslim olmağa məcbur etmək üçün onlara qarşı qəddar rəftar etməkdir”, - Bayden qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)