Əli Əsədovdan nazirliklə bağlı MÜHÜM QƏRAR
Azərbaycanda “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. MMC Mədəniyyət Nazirliyinin tabeliyindədir.
ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1%-i, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0.25%-i həddində müəyyən edilib.