Ərdoğan Azərbaycana gəlir

Üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək.
ENA.az-ın məlumatına görə, bunu Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Biz bunun həyəcanını yaşayırıq”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcək.