Sosial iqtisadiyyat

Əhalinin gəlirləri 20 %-dən çox artıb - Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 50 milyard 951,5 milyon manat təşkil edib.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,7 % artaraq 5 065 manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)