Qarabağ

Avropa İttifaqı sərhəd missiyasını bu gün TƏSDİQLƏYƏCƏK

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri oktyabrın 17-də Lüksemburqda görüş keçirəcək.

ENA.az TASS-a istinadən xəbər verir ki, nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləməsi gözlənilir.

Hələlik missiyanın təfərrüatları məlum deyil.

“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin sərhədinə Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcək. Məsələnin vacibliyinə görə, Gürcüstandakı nümayəndəliyimizdən işçiləri götürürük”, - Aİ rəsmisi bildirib.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)