Vakansiyalar

Dövlət qurumu işçi axtarır - MAAŞ 1700-1900 AZN

Beynəlxalq əlaqələr üzrə böyük / baş mütəxəssis

 Son tarix 25 okt 2022

Vəzifə öhdəlikləri:

  • Müəssisənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri  həll  etmək;
  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;
  • Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;
  • Rəhbərliyin iştirak etdiyi tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
  • Müəssisənin adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
  • Beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər təqdim etmək;
  • Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;

Tələblər:

  • Beynəlxalq münasibətlər,  beynəlxalq hüquq, politologiya, regionşünaslıq, iqtisadiyyat ixtisasları üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 2-5 il iş təcrübəsi
  • Səlis Azərbaycan dili biliyi
  • Mükəmməl səviyyədə ingilis və ya rus dili biliyi
  • Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı
  • İşgüzar yazışmaların aparılması bacarığı
  • Analitik düşünmə bacarığı
  • Problem həlletmə bacarığı
  • Planlama və zamanın idarəolunması
  • Punktuallıq və çeviklik

Digər:

  • İşin xüsusiyyətləri ilə əlaqədar bəy namizədlərin müraciət etmələri xahiş olunur.
  • Əmək haqqı: 1700 - 1900 AZN
  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
  • İstirahət günləri: Şənbə və bazar günləri

Vakansiya üzrə müraciətin son tarixi: 24.10.2022

Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr üzrə böyük/baş mütəxəssis) qeyd edin. CV-lərə mütləq şəkil əlavə edilməsi xahiş olunur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department