Deputat Azərbaycanda maliyyə amnistiyasının verilməsini TƏKLİF EDİR
“Azərbaycan iqtisadiyyatına qeyri-qanuni köçürmələr kifayət qədər yüksəkdir”.
ENA.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib. O, bu sahədə problemlərin olduğunu söyləyib:
“Bu, hər yerdə belədir. Böyük cinayət işləri açılır, müəyyən insanların qeyri-qanuni pul çıxarmasının qarşısını alırlar. Amma yenə də bir yol tapıb vəsaitləri çıxarırlar. Azərbaycanda maliyyə amnistiyası verilməlidir. 30 ildə o qədər insan olub ki, düz yolla, qeyri-qanuni yolla vəsait qazanıb. Onun çoxunu xaricə keçirirlər, mülklər, obyektlər alırlar. Bunun Azərbaycana xeyri yoxdur.
Azərbaycana gətirilən pulların terrorizmdə, narkotik qaçaqmalçılığında istifadəsinin qarşısını almaq lazımdır. Əvəzində, tikintiyə, investisiyalara cəlb edilməsinə şərait yaradılmalıdır”.