Rusiya XİN-dən Makrona ETİRAZ
Fransanın Rusiyanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa düçar olacaq.
ENA.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
XİN rəsmisi bildirib ki, bu addım Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.
Zaxarova qeyd edib ki, Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir.
“Fransa Prezidentinin uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron "Franse 2" kanalına müsahibəsində Azərbaycanla bağlı təxribatçı fikirlər səsləndirib.