Bankların aldığı dolların həcmi artdı - HƏRRAC
Azərbaycan Mərkəzi Bankı cümə axşamı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 43,3 milyon dollar satıb.
AMB oktyabrın 11-də keçirilən hərracda banklara 24 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
“Cümə axşamı hərracda banklardan tələb 43,3 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracın nəticəsində manatın dollara nisbətən orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib”, - deyə AMB-dən bildirilib.
2022-ci ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında 3 milyard 857,3 milyon dollar satıb. Bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10,4% azdır.