Sənaye

Neftin 120 dollaradək bahalaşması proqnozları var: Bayden isə Ər-Riyadı "nəticələr"lə hədələyir

ABŞ-ın Citigroup bankının analitikləri Brent markalı neftin qiymətləri ilə bağlı qısa və ortamüddətli proqnozlarını əhəmiyyətli dərəcədə artırıblar. Bloomberg yazır ki, Bank indi Brent neftinin bu ilin dördüncü rübündə orta hesabla 97 dollar/barel, 2023-cü ildə isə 88 dollar olacağını gözləyir. Proqnozlar müvafiq olaraq 12 və 13 dollara qədər yenidən nəzərdən keçirilib.

2024-cü il üçün ortamüddətli proqnoz bir barel üçün 75 dollara qaldırılıb. Citi analitiklərinin fikrincə, bundan sonra Brent bir barel üçün orta hesabla 65 dollardan ticarət edəcək.

Bankın hesabatında deyilir ki, yüksək neft qiymətləri qlobal iqtisadiyyatda yavaşlama qorxusunu gücləndirir və "sərt geriləmə" ehtimalını artırır.

Analitiklər həmçinin qeyd ediblər ki, Brent fyuçers bazarında geriləmə ən azı 2023-cü ilin birinci rübünün sonuna qədər davam edəcək. Bu, ən yaxın fyuçerslərin sonrakılardan daha baha alınmasını şərtləndirib. 

Bu arada, RBC Capital Markets-in iqtisadçıları qlobal iqtisadiyyatda vəziyyətin inkişafı üçün üç mümkün ssenari üzrə neftin qiyməti ilə bağlı proqnozlar təqdim ediblər.

Dərin tənəzzül ssenarisində Brent 2023-cü ilin ortalarına qədər bir barel üçün 60 dollara düşə bilər, ən əlverişli ssenaridə isə kotirovkalar bir barel üçün 115-120 dollara yüksələcək. Analitiklərin fikrincə, makroiqtisadi göstəricilər zəifləsə, lakin “konstruktiv fundamental amillər” davam edərsə, Şimal dənizi neftinin hər barreli 90-95 dollar arasında satılacaq.

ABŞ prezidenti Co Bayden bildirib ki,ölkəsi Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmalıdır və neft hasilatını azaltmaq qərarının Ər-Riyad üçün yəqin ki, mənfi nəticələri olacaq.

"Hansı variantları nəzərdən keçirdiyim və ağlıma gətirdiyim barədə təfərrüatlara girmək fikrində deyiləm. Amma olacaq, nəticələr olacaq", - deyə ABŞ prezidenti əlavə edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)