Gündəm

11 ölkənin prezidenti Rusiyaya qarşı bəyanat yaydı

Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya və Slovakiya prezidentləri Ukrayna şəhərlərinə Rusiya hərbi qüvvələri tərəfindən zərbələr endirilməsi ilə bağlı ortaq bəyanat yayıb.

Bu barədə Litva prezidentin mətbuat xidməti bildirib.

“Biz Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya və Slovakiya prezidentləri Rusiya tərəfindən son vaxtlar Ukrayna şəhərlərinin kütləvi şəkildə bombardman edilməsini pisləyirik ki, bu da beynəlxalq hüquqa əsasən müharibə cinayəti sayılır.

Xatırladırıq ki, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər heç bir məhdudiyyət müddətinə tabe deyil və bütün dünyada məhkəmələrin yurisdiksiyasına daxildir.

Biz dövlətlərimiz adından Rusiyadan mülki hədəflərə hücumu dərhal dayandırmağı tələb edirik. Biz bugünkü cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin məhkəməyə verilməsi istiqamətində səylərimizi dayandırmayacağıq.

Biz Rusiya təmsilçilərinin nüvə silahından istifadə ilə bağlı hər hansı təhdidini qəbuledilməz hesab edirik. Bu kontekstdə biz ölkələrimizi və müttəfiqlərimizi qorumaq öhdəliyimizi bir daha təsdiqləyirik”, – prezidentlərin ortaq bəyanatında bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)