Azərbaycan nefti ucuzlaşıb
"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,44 ABŞ dolları və ya 0,43% azalaraq, 102 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.