Aqrar

“Rosselxoznador” 7 tona yaxın nektarinin Rusiyada satışına icazə verməyib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi “Food Logistic” MMC-nin müvəqqəti saxlama anbarında həyata keçirdiyi karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan gətirilmiş 6,88 ton təzə nektarində Rusiya üçün karantin obyekti sayılan Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wiedemann)) aşkarlayıb.

“Rosselxoznadzor” yük sahibinə məhsulla bağlı tədbirlər görülməsi barədə bildiriş verilib. Yük sahibi onu məhv etmək qərarına gəlib.

“Mövsümün əvvəlindən etibarən “Rosselxoznadzor” Azərbaycandan Moskva vilayətinə daxil olmuş 450-dən çox avtomobili yoxlayıb və ümumilikdə 8,5 min tondan çox təzə nektarinlə bağlı karantin fitosanitar nəzarəti həyata keçirib”, - deyə məlumatda vurğulanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)