Gündəm

Zelenski azad edilən ərazilərin sahəsini açıqladı

Ukrayna qüvvələri əks-hücumlar zamanı ölkənin şərqində ümumilikdə 2434 kvadrat kilometr ərazini və 96 yaşayış məntəqəsini işğaldan azad edib.

ENA.az xəbər verir ki, bu barədə xalqa müraciəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenski bildirib ki, təkcə son bir həftə ərzində Ukrayna qüvvələri ölkənin şərqində 776 kv.km ərazini və 29 yaşayış məntəqəsini ruslardan təmizləyib.

O, cənubda 500 kvadrat kilometrdən çox ərazinin geri alındığını diqqətə çatdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)